Azərbaycan kuboku uğrunda yarımfinal görüşləri keçiriləcək
27 Aprel 2011 Çərşənbə 12:35
“NBC Bank Azərbaycan kuboku”nda iki oyun baş tutacaq
Bu gün “NBC Bank Azərbaycan kuboku”nun 1/2 final mərhələsinin ilk oyunları, həmçinin əvəzedici heyətlərin XXVII turunun təxirə salınmış bir oyunu keçiriləcək. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, oyunlardan biri Lənkəranda, ikisi isə Bakıda baş tutacaq.

Matçların keçirilmə vaxtı və oyunlara hakim təyinatları barədə məlumatları nəzərinizə çatdırırıq:

NBC Bank Azərbaycan kuboku, 1/2 final ilk oyunlar
"Xəzər Lənkəran" - "Bakı"
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Nüvər Xasıyev
Lənkəran şəhər mərkəzi stadionu. Saat 18:30

"İnter" - AZAL
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
"Şəfa" stadionu. Saat 18:00
Əvəzedici heyətlər, XXVII tur
"Bakı" - "İnter"
Hakimlər: Ramil Əhmədov, Yuliya Larionova, Maya Nəbiyeva, Elçin Qasımov
Hakim-inspektor: İsmayıl Əliyev
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 16:00



DOSTLARINLA PAYLAŞ:

oyunlar