Azərbaycan klubundan 9 futbolçu qovuldu
22 Dekabr 2011 Cümə Axşamı 16:44
“Kəpəz”in klubdaxili iclasında mühüm qərar qəbul edilib.
"Kəpəz" futbol klubunda “Neftçi” ilə qarşılaşmadan sonra klubdaxili iclas keçirilib. “Kəpəz” klubunun mətbuat katibi Məqsəd Rəhimovun ANS PRESS-əverdiyi məlumata görə, iclasda baş məşqçi Mirbağır İsayev növbəti ildə bir neçə futbolçu ilə yollarını ayıracağını bildirib.
Bu gün klub rəhbərliyi ilə görüşən baş məşqçi yola salınacaq oyunçuların siyahısını təqdim edib. Beləliklə, "Neftçi" ilə oyundan öncə komandadan ayrılan 3 futbolçuya daha 9-u da qoşulub. Onlardan 5-i legioner, 4 isə yerli futbolçudur. Həmin futbolçuların adlarını nəzərinizəçatdırırıq:
Konstantin Kolesnikov, Muammer Erdoğdu, Xəyal Qarayev, Asəf Qədiri, Anton Qay, Milan Antiç, Razvan Tarlea və Vasif Əliyev.
Qeyd edək ki, “Kəpəz” yeni heyətlə yanvar ayının 5-də yenidən bir araya gələcək.
DOSTLARINLA PAYLAŞ: