Azərbaycan klubu super transferə hazırlaşır
18 İyul 2010 Bazar 18:35
"Qəbələ" heyətini İngiltərə Premyer Liqasında çıxış edən Deon Con Burtonla gücləndirmək istəyir.
"İngiltərə Premyer Liqasında və Dünya çempionatında oynamışam. İndi isə özümü yeni bir çempionatda sınamaq şansım yaranıb. Yeni komandam çox iddialı klubdur. Toni Adams mənə dəvət göndərəndə, çox həyəcanlandım. Onun orada olması bu komandanı seçməyimə böyük təsir göstərdi. Adamsın rəhbərliyi altında oynamağı səbirsizliklə gözləyirəm". Bu sözləri skysports.com-a açıqlamasında "Qəbələ"nin maraq dairəsində olan "Çarlton"un (İngiltərə) hücumçusu Deon Con Burton deyib.

Qeyd edək ki, ötən gün "Qəbələ"nin baş məşqçisi Toni Adams Burtonla maraqlandıqlarını təsdiq edib. O, yamaykalı futbolçunun gələn həftə ölkəmizə gələcəyini deyib. Skysports.com isə "Qəbələ"nin futbolçu ilə artıq 2 illik müqavilə imzaladığını deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar