Azərbaycan klubu Estoniyada darmadağına imza atıb
05 İyul 2012 Cümə Axşamı 22:51
Bakının "İnter"i Narvanın “Trans” komandasını 5:0 hesabı ilə məğlub edib.
Bu gün daha bir Azərbaycan təmsilçisi Estoniya klubu ilə görüşüb. ANS PRESS-in məlumatına görə, Bakının “İnter” klubu Narva şəhərində “Trans” komandası ilə üz-üzə gəlib.

“Xəzər Lənkəran”dan fərqli olaraq “İnter” rəqibinə asanlıqla qalib gəlib. Belə ki, 12-ci dəqiqədə Sxadadze fərqlənib - 1:0. Birinci hissənin sonuna az qalmış Sxadadze həm klubun, həm də özünün ikinci qolunu vurub. Bu, oyunun 36-cı dəqiqəsində baş verib.

Oyunun ikinci hissəsi də tam olaraq bakılıların üstünlüyü ilə keçib. Oyunun 63-cü dəqiqəsində Asif Məmmədov hesab arasındakı fərqi 3 topa çatdırıb. “İnter”in gürcü oyunçusu Georgi Adamiya isə 71-ci dəqiqədə 4-cü qolu vurur - 0:4.

Hər kəs oyunun elə bu hesabla bitəcəyini gözlədiyi halda “İnter” beşinci qolu rəqibin qapısından keçirib. 78-ci dəqiqədə penaltidən Nazim Hacıyev fərqlənib. Beləlilkə, Kaxaber Sxadadzenin yetirmələri Narvada darmadağına imza atıb -5:0.


DOSTLARINLA PAYLAŞ:

oyunlar