Azərbaycan klubu Barselonada qələbə qazandı
17 Noyabr 2011 Cümə Axşamı 23:33
"Araz" UEFA kubokunun elit-raund mərhələsində "Eyndhoven" klubunu 5:3 hesabı ilə məğlub edib.
Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində təmsilçimiz «Araz» klubu ilk oyununu keçirib. Futzalçılarımız Hollandiyanın «Eyndhoven» klubu ilə qarşılaşıb. İspaniyanın Barselona şəhərindəki Palau Blauqrana İdman Kompleksində keçirilən «Araz» – «Eyndhoven» oyunu təmsilçimizin inamlı qələbəsi ilə başa çatıb.

Matçda hesabı hollandlar açsa da, Joze Alesionun yetirmələri toparlanaraq tezliklə təşəbbüsü ələ ala bilib.

Araz – Eindhoven - 5:3 (4:1)
Bali, 2 (0:1), Amadeu, 3 (1:1), Amadeu, 7 (2:1), Tota, 16 (3:1), Borisov, 17 (4:1), Zoutane, 33 (4:2), Bali, 36 (4:3), Tota, 39 (5:3)


DOSTLARINLA PAYLAŞ:

oyunlar