Azərbaycan klubu
20 Dekabr 2011 Çərşənbə Axşamı 20:41
"Rabitə" Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Azərbaycanın voleybolçu qadınlardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. ANS PRESS-in "Lent.az"a istinadən verdiyi məlumata görə, komandamız Türkiyə “Fənərbaxça”sını qəbul edib.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutan qarşılaşma “Rabitə”nin qələbəsi ilə yekunlaşıb – 3:1. Baş məşqçi Zoran Qayiçin komandası ilk setdə məğlub olub – 25:27. Növbəti setdə komandamız eyni hesabla qalib gələrək, fərqi bərabərləşdirib. Üçüncü seti “Rabitə” daha böyük üstünlüklə tamamlayıb – 25:20. 4-cü set isə 25:17 hesabı ilə başa çatıb.

Beləliklə, “Rabitə” “Fənərbaxça”dan dekabrın 15-də İstanbuldakı 0:3 hesablı məğlubiyyətin əvəzini çıxıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar