Azərbaycan klublarının transfer xərcləri açıqlanıb
28 Yanvar 2011 Cümə 20:45
Andrey Mureşanın transferinə 750.000 avro qiymət qoyulub.
"Xəzər Lənkəran" və "Qəbələ"nin yeni transferlərinin qiyməti açıqlanıb. Transfermarkt.co.uk saytı "Xəzər Lənkəran"ın heyətinə qatdığı rumın futbolçu Andrey Mureşana 750.000 avro qiymət qoyub. Digər rumın futbolçular - Aleksandr Pitsurkaya 500, Adrian Skarlatake və Xristu Çiaçuya 400, Nikola Muşat və Adrian Pitə 300, portuqaliyalı Bruno Simaoya isə 200 min avro qiymət qoyulub.

"Qəbələ"nin hollandiyalı transferi Con Kollinsin transfer qiyməti isə 500 min avro dəyərində müəyyənləşdirilib.

"Xəzər Lənkəran"

Andrey Mureşan (Rumıniya) - 750.000 avro
Aleksandr Pitsurka (Rumıniya) - 500.000
Adrian Skarlatake (Rumıniya) 400.000
Xristu Çiaçu (Rumıniya) - 400.000
Nikola Muşat (Rumıniya) - 300.000
Adrian Pit (Rumıniya) - 300.000
Bruno Simao (Portuqaliya) - 200.000

"Qəbələ"

Con Kollins (Hollandiya) - 500.000
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar