Azərbaycan klubları Çempionlar Liqasının pley-offunda üz-üzə gələcək
14 Dekabr 2012 Cümə 10:53
Lüksemburqda təşkil olunan mərasimdə Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.
Qadın voleybolçulardan ibarət klublar arasında keçirilən Çempionlar Liqası yarışlarının pley-off mərhələsinin püşkü atılıb. AzərTAc xəbər verir ki, Lüksemburqda təşkil olunan mərasimdə Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.

Turnirin pley-off mərhələsində Azərbaycanı üç komanda – “Rabitə”, “Azərreyl” və “Lokomotiv” təmsil edəcək. Püşkatmanın nəticəsinə görə, Azərbaycan çempionu “Rabitə” Fransanın “Kann” komandası ilə qarşılaşacaq. Digər komandalarımız - “Azərreyl” və “Lokomotiv” bir-biri ilə mübarizə aparmalı olacaqlar.

Qeyd edək ki, bu mərhələnin oyunları 2013-cü ilin yanvarında keçiriləcəkdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar