Azərbaycan-İtaliya 0:3
30 Sentyabr 2009 Çərşənbə 10:20
Qadın voleybolçularımızın hələ iki oyunu qalıb
Polşada qadın voleybolçular arasında Avropa çempionatı davam edir. Dünən gecə saatlarında Avropa çempionatında 2-ci mərhələsinin ilk oyunları keçirilib. Avropa Voleybol federasiyasının rəsmi saytının yaydığı məlumata görə, Türkiyə voleybolçuları Serbiya ilə qarşılaşıb. Matç türklərin 3:1 hesablı qələbəsi ilə sona çatıb. Türklər ilk setdə 24-26 hesabı ilə məğlub olsalar da, sonrakı setlərdə müvafiq olaraq 25-16, 25-23 və 25-19 hesabı ilə qələbə qazanaraq qarşılaşmadan qələbə ilə ayrılıblar.
Qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası isə İtaliya yığmasına 3:0 hesabı ilə məğlub olub. İtaliyalı qızlar setlərdə 29-27, 25-23 və 25-13 hesablı qələbələr qazanıblar. F qrupunun digər qarşılaşmasında Almaniya qadın voleybolçuları Çexiyaya 3:0 hesabı ilə qalib gəliblər. Almaniya voleybolçularl çexləri 28-26, 25-12 və 25-25 hesablarla məğlub ediblər. E qrupunda oyunlar isə belə nəticələnib:
İspaniya-Rusiya 1:3 (21-25, 24-26, 25-19, 20-25)
Niderland-Bolqarıstan 3:0 (25-19, 25-20, 25-18)
Polşa-Belçika 3:1 (25-16, 21-25, 25-19, 25-12)
DOSTLARINLA PAYLAŞ: