Bu gün milli komandamız növbəti oyununu keçirib. Berti Foqtsun başçılıq etdiyi yığmamız Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində keçirilən beynəlxalq turnirdə ilk oyununda İraqla qarşılaşıb. Matçın son dəqiqəsinə qədər azarkeşlər qol görməyib.
Matçın 64-cü dəqiqəsində hakimin təyin etdiyi penalti zərbəsini Kamran Ağayev dəf edib. Lakin sona bir dəqiqə qalmış fərqlənən İraq millisi turnirin finalına çıxıb.
Qeyd edək ki, yığmamızla bərabər Birləşmiş Ərəb Əmirliklərinin və Çexiyanın da əsas komandaları turnirdə iştirak edir.
Azərbaycan - İraq 1:0
Azərbaycan: Kamran Ağayev, Vladimir Levin, Ruslan Abışov, Mahir Şükürov, Rail Məlikov, Rəşad Sadiqov (Elvin Məmmədov, 61), Aleksandr Çertoqanov, Elnur Allahverdiyev, Luis Fabio Ramim (Zeynal Zeynalov, 75), Daniel Axtyamov, Vüqar Nadirov (Tural Cəlilov, 84).
İraq: Məhəmməd Qased, Məhəmməd Əli Kərim, Salam Şaker (Mustafa Haşim, 84), Bassam Abbas, Nassat Akram (Muthana Xalid, 62), Karar Jasem (Mustafa Kərim, 90), Ali Huseyn, Mehdi Kərim, Xavar Mulla, Abdel Alzahrah (Əli Saleh, 90+1), Yunis Mahmud (Gmad Məhəmməd, 53).
Qol: Bassam Abbas, 89.
ANSPRESS