Karatenin WKF versiyası üzrə Azərbaycan və İran yığma komandaları arasında yoldaşlıq görüşü İranda keçiriləcək.
Avqustun 5-i və 6-da baş tutacaq turnirdə ölkəmizi baş məşqçisi Rəhman Hətəmovun rəhbərliyi ilə 18 nəfər karate ustası təmsil edəcək.
AzərTAc-ın verdiyi məlumata görə, karate üzrə Azərbaycan Milli Federasiyasının prezidenti Yaşar Bəşirov da komandanın tərkibində İrana gedəcək. /ANSPRESS/