Azərbaycan ilk dəfə dünya çempionatına qoşulacaq
12 Avqust 2009 Çərşənbə 12:50
Avarçəkmə üzrə yarışda 75 ölkənin nümayəndələri iştirak edəcək

 

Sabah Kanadanın Dartmut şəhərində yerləşən Banuk gölündə qadın və kişilər arasında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempiona start veriləcək. “ANS PRESS”-in “amaf.az”a istinadən verdiyi xəbərə görə, 75 ölkənin nümayəndələrinin təmsil olunacağı yarışda ilk dəfə Azərbaycan avarçəkənləri təmsil olunacaqlar.

Kanoeçilərimiz Valentin Demyanenko və Sergey Bexuqlıy-Maksim Prokopenko dueti sabah keçiriləcək dünya çempionatında mübarizə aparacaqlar. Demyanenko 1 nəfərlik qayıqda 200 metr və 500 metr, Beuqlıy-Prokopenko dueti isə 2 nəfərlik qayıqda 500 metr və 1000 metr məsafərə yürüşlərə qatılacaq.

İdmançılarımız yarışa baş məşqçi Aleksandr Kalıbelnikov və məşqçi Valeri Kovbanovskinin rəhbərliyi altında hazırlaşıblar. 4 gün davam edəcək çempionatın ilk günündə 1000 metr və 500 metr məsafələrə seçmə mərhələ, ertəsi gün isə yarımfinal yürüşləri keçiriləcək.

Avqustun 15-də 200 metr məsafəyə isə final yürüşü baş tutacaq. Nəhayət yarışın son günü 200 metr və 500 metr məsafələrə final yürüşləri keçiriləcək. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar