Azərbaycan idmançısı erməni rəqibinə qalib gəldi
18 Aprel 2011 Bazar Ertəsi 10:49
Qədir Hüseynov “Dubai Open” turnirində liderlər sırasındadır
Azərbaycan şahmatçısı Qədir Hüseynov “Dubai Open” turnirində uğurla çıxış edir. ANS PRESS-in turnirin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qədir Hüseynov turnirin VIII turu çərçivəsində erməni Karen Qriqaryanı məğlub edib.

Qədir Hüseynov bu qələbə sayəsində aktivindəki xalların sayını 6-ya çatdıraraq, 3-13-cü yerləri bölüşdürür. Turnir cədvəlinə isə 7 xal toplamış hindistanlı Parimarcana Nehi başçılıq edir.

Qeyd edək ki, 167 şahmatçının mübarizə apardığı “Dubai Open” turniri sabah yekinlaşacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar