Azərbaycan – Honduras oyunu ANS-də
02 İyun 2010 Çərşənbə 10:25
Bu gün Azərbaycan – Honduras matçı baş tutacaq.
Bu gün futbol üzrə yığma komandamız Avstriyada növbəti yoldaşlıq görüşünü keçirəcək. Bu oyunda rəqibimiz 11 iyunda Cənubi Afrika Respublikasında start götürəcək dünya çempionatının iştirakçısı olan Honduras millisidir.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək və ANS televiziyası ilə birbaşa yayımlanacaq.

Xatırladaq ki, millimiz Avstriyada təlim-məşq toplanışı çərçivəsində keçirdiyi əvvəlki iki görüşdə Moldova və Makedoniya yığmaları ilə üz-üzə gəlib. Komandamız bu oyunlarda Moldova ilə 1:1 heç-heçə oynamış, Makedoniya kollektivinə isə 1:3 hesabı ilə məğlub olmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar