Azərbaycan-Hindistan 3:0
27 Fevral 2012 Bazar Ertəsi 20:39
Dubayda keçirilən yoldaşlıq görüşü millimizin inamlı qələbəsi ilə başa çatıb.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün "The Sevens" stadionunda Azərbaycan və Hindistan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

4-cü dəqiqədə Mahir Şükürovun qolu ilə millimiz önə keçib. 42-ci dəqiqədə Şükürov penaltidən yararlanmaqla hesabı 2:0-a çatdırıb. Matçın 84-cü dəqiqəsində isə Nizami Hacıyev hindistanlıların qapısından 3-cü topu keçirib.

Qeyd edək ki, təlim-məşq toplanışı çərçivəsində millimiz fevralın 24-də Sinqapur yığması ilə qarşılaşmış və oyun 2:2 hesabı ilə nəticələnmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar