Azərbaycan Gürcüstandan 5 medalla dönüb
17 May 2009 Bazar 09:15
Yeniyetmə qılıncoynadanlardan ibarət Azərbaycan milli komandası Gürcüstanda keçirilmiş beynəlxalq turnirdə bir gümüş, 4 bürünc medal qazanıb

 

Yeniyetmə qılıncoynadanlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın Kutaisi şəhərində keçirilmiş beynəlxalq turnirdə uğurla çıxış edib. Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədovun verdiyi məlumata görə, idmançılarımız yarışda 5 medal qazanıblar.

Oğlanların mübarizəsində sablya növündə Murad Əliyev gümüş, Azər Tağıyev isə bürünc medala sahib çıxıb. Şpaqa silahı ilə yarışda da oğlan qılıncoynadanlarımız fəxri kürsüyə yüksəliblər. Kənan Əliyev və Fərid Məmmədov 3-cü pillədə qərarlaşıb.

Qadın qılıncoynadanlarımızdan isə şpaqa ilə yarışan Ella Xudaverdiyeva bürünc medal qazanıb. Sablya növündə yarışan 3 təmsilçimiz Yekaterina Proxorova və Dilarə Quliyeva və Aysel Mirzəyeva isə mükafatçılar sırasına düşə bilməyiblər. Təmsilçilərimiz müvafiq olaraq, 6, 7 və 8-ci yeri tutublar. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar