Azərbaycan güləşçiləri daha bir olimpiya lisenziyası qazandılar
14 Sentyabr 2011 Çərşənbə 01:35
Saman Təhmasibi dörddə bir finalda məğlub olsa da, olimpiya lisenziyasına sahib olub
Yunan-Roma güləşi üzrə İstanbulda keçirilən dünya çempionatının ikinci günü Azərbaycan ikinci olimpiya lisenziyasını qazanıbr. Onun sahibi Saman Təhmasibi (84 kiloqram) olub.
İdmançımızın dörddə bir finalda məğlubiyyətinə baxmayaraq, onun olimpiya lisenziyası qazanmaq imkanı yaranıb. Belə ki, Azərbaycan güləşçisinin Belarusdan olan rəqibi Albert Səlimov finala çıxıb.
İlk görüşdə Təhmasibi Janarbek Kenjeyevi (Qırğızıstan) məğlub etmiş, sonra isə Nenada Zuqaja (Xorvatiya) qalib gəlmişdir. Bu qələbə ona olimpiya lisenziyası gətiribr. Yarışdan sonra məlum olub ki, idmançımız zədə almış və üçüncü yer uğrunda mübarizə apara bilməyib.
Xatırladaq ki, bir gün əvvəl London olimpiyadasına güləş üzrə ilk olimpiya lisenziyasını Rövşən Bayramov (55 kiloqram) qazanıb.
DOSTLARINLA PAYLAŞ: