Azərbaycan güləşçiləri 10 medal qazandılar
08 İyul 2011 Cümə 23:44
Sərbəst, yunan-Roma və qadın güləşi üzrə “Qızıl Qran-Pri” turnirinin final mərhələsinin birinci günü başa çatıb.
Bu gün Bakıda Ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” final turnirində ilk mükafatlar oynanılıb. Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst, yunan-Roma və qadın güləşi üzrə “Qızıl Qran-Pri” turnirinin final mərhələsinin birinci günü başa çatıb.
ANS PRESS-in "AzərTAc"a istinadən verdiyi məlumata görə, turnirdə Azərbaycan güləşçiləri Mahmud Məhəmmədov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Pəhləvanlar Əşrəf Əliyev (74 kq), Əli İsayev (120 kq) gümüş medala, Cəmaləddin Maqomedov (120 kq), Toğrul Əsgərov (60 kq), Aleksandr Qostiyev (74 kq) isə bürünc medala sahib olublar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: