Azərbaycan gimnastları Miss Valentina turnirində çıxış edirlər
11 Fevral 2012 Şənbə 01:52
Yarışda Azərbaycanı Aliyə Qarayeva və Lalə Yusifova, o cümlədən, azyaşlı gimnastlar qrupu təmsil edir.
Estoniyanın Tartu şəhərində bədii gimnastika üzrə “Miss Valentina” ənənəvi beynəlxalq turniri start götürüb. AzərTAc xəbər verir ki, bu yarışda Azərbaycanı Aliyə Qarayeva və Lalə Yusifova, yeniyetmələrdən Yekaterina Prokopenko, Mənsurə Bağıyeva, Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Jalə Piriyeva, habelə Nərminə Hüseynova, Mehparə Mənsurova, Samirə Əlizadə, Səbinə Əlizadə və Cənnət Məmmədovadan ibarət azyaşlı gimnastlar qrupu təmsil edir.

Gimnast qızlarımız məşqçilər Dinarə Gimatova və Yasena Kuyumciyevanın rəhbərliyi altında çıxış edirlər.

Hakimlər korpusunda Azərbaycanı Natalya Bulanova və Vəfa Hüseynova təmsil edirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar