Azerbaycan gimnastları Dünya çempionatında
28 Avqust 2013 Çərşənbə 19:02
Azerbaycan gimnastları Marina Durunda çoxnövlülük üzrə yarışlarda beşinci, Lalə Yusifova isə 12-ci pillədə qərarlaşıb.
Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan millisinin də iştirak etdiyi bədii gimnastika üzrə Dünya çempionatı başlayıb. Beş qrup üzrə çıxışlarını bitirdikdən sonra Marina Durunda çoxnövlülük üzrə yarışlarda beşinci, Lalə Yusifova isə 12-ci pillədə qərarlaşıb.

Dünya çempionatı sentyabrın birində yekunlaşacaq. Azərbaycan yığmasının heyətinə fərdi gimnastlar Lalə Yusifova və Marina Durunda, qrup komandamızın tərkibinə isə Səbinə Abbasova, Səbinə Qaratova, Siyanə Vasilyeva, Mənsurə Bağıyeva, İradə Əhədzadə, Aliyə Paşayeva daxildirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar