Azərbaycan futbolunun yubileyidir
18 Yanvar 2011 Çərşənbə Axşamı 13:25
AFFA futbolumuzun 100 illiyini təntənəli şəkildə qeyd edəcək.
Bu il Azərbaycan futbolunun 100 illik yubileyi qeyd olunacaq. Ölkəmizin idman həyatı üçün əlamətdar olan bu hadisənin yüksək səviyyədə qeyd olunması məqsədilə AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, qurum tərəfindən Dövlət arxivinə müraciət olunaraq futbolumuzun 100 illik tarixi barədə yazı, foto və videomateriallar toplanıb.

Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim iyun ayında Buta Sarayında keçiriləcək. Tədbirdə beynəlxalq futbol qurumlarının, həmçinin milli assosiasiyaların nümayəndələrinin və digər qonaqların iştirakı nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar