Azərbaycan futbolu təhqir olundu
29 Sentyabr 2010 Çərşənbə 16:35
“Bakı”nın sabiq futbolçusu Batista maraqlı açıqlamalar verib.
"Azərbaycanı tərk etdiyimə görə qətiyyən peşman deyiləm. Bu ölkədə futbolun səviyyəsi oyunun inkişaf etməsinə imkan vermir. Mən orada bir futbolçu kimi irəli gedə bilməzdim". Bu sözləri "Bakı"nın sabiq futbolçusu Vilyam Batista Roşa deyib.
Karyerasını Ukraynanın "Karpatı" klubunda davam etdirən braziliyalı futbolçu klubun rəsmi saytına müsahibəsində ölkəmizdə yaxşı pul qazandığını etiraf edib.
"Bakı" heyətində Azərbaycan çempionu olduğunu, avrokubok matçlarında iştirak etdiyini söyləyən braziliyalı hücumçu Azərbaycanda bir futbolçu kimi inkişaf edə bilməyəcəyini gördüyü üçün ölkəmizi tərk etmək qərarına gəldiyini vurğulayıb: "Ona görə də mən bu addımı atmaqla heç də peşmançılıq hissi keçirmirəm". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: