Azərbaycan əsilli futbolçu Ukraynaya “əl tutdu”
30 May 2010 Bazar 09:25
Ukrayna millisi Rumıniya üzərində çətin qələbə qazanıb.
Futbol üzrə Ukrayna millisi dünən keçirilən yoldaşlıq oyunu çərçivəsində Rumıniya üzərində çətin qələbə qazanıb. Belə ki, Lvovda baş tutan qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçda ilk qolu 15-ci dəqiqədə əslən azərbaycanlı olduğu bildirilən Aleksandr Əliyev (“Lokomotiv”, Rusiya) vurub. Oyunun 54-cü dəqiqəsində vaxtilə Moskvanın “Spartak” klubunda çıxış etmiş Qabriel Tamaş tarazlıq yaradıb. Qarşılaşmanın 63-cü dəqiqəsində Daniel Nikulaye dəqiq zərbə ilə rumınları hesabda irəli çıxara bilib. Ukraynalılar yalnız 73-cü dəqiqədə bərabərlik qolunu vurmağa müvəffəq olublar. Bu dəfə Yevgeni Konoplyanka fərqlənib.
Oyunda qələbə qolu isə rumın Tamaşdan gəlib. Belə ki, o, 78-ci dəqiqədə qopu öz qapısına göndərib.
Xatırladaq ki, nə Rumniya, nə də ki, Ukrayna iyunun 11-də Cənubi Afrika Respublikasında start götürəcək Dünya çempionatında iştirak etməyəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: