Azərbaycan Ermənistanı məğlub etdi
05 Yanvar 2010 Çərşənbə Axşamı 23:55
Azərbaycan Ermənistanı məğlub etdi. Şəhriyar Məmmədyarovun qələbəsi sayəsində yığmamız ermənilər üzərində qalibiyyəti rəsmiləşdirə bilib.
Bu gün Türkiyənin Bursa şəhərində şahmat üzrə milli komandalar arasında növbəti dünya çempionatına start verilib. Yanvarın 13-dək davam edəcək yarışda ümumilikdə 10 komanda qalib adı uğrunda mübarizə aparacaq. Yarışda sonuncu Avropa çempionu Azərbaycanla yanaşı Rusiya, Türkiyə, Braziliya, ABŞ, Çin, Misir, Yunanıstan, İsrail və Ermənistan yığmaları “baş sındırır”.

Medallara iddialı Azərbaycan yığması açılış turunda düşmən erməni şahmatçılarını məğlub edib - 2,5:1,5. Ermənistan və Azərbaycan şahmatçıları arasında keçirilən 4 görüşün üçündə heç-heçə qeydə alınıb. Yalnız Şəhriyar Məmmədyarovun qələbəsi sayəsində yığmamız ermənilər üzərində qalibiyyəti rəsmiləşdirə bilib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar