Azərbaycan Ermənistan oyunu başladı
19 Yanvar 2011 Çərşənbə 15:10
Çempionumuz yarımfinala vəsiqə uğrunda mübarizə aparır.
Rusiyanın Sank-Peterburq şəhərində keçirilən “Birlik Kuboku” turnirinin ¼ final mərhələsinə start verilib. İlk olaraq Azərbaycan çempionu “İnter” və Ermənistan təmsilçisi “Mika” yarımfinala vəsiqə uğrunda mübarizəya başlayıblar.
Oyuna artıq start verilib. Sankt-Peterburq şəhərində ”İnter” – “Mika” oyunun keçirildiyi İdman Kompleksinə “İnter”lə yanaşı “Xəzər Lənkəran” və ”Neftçi” kimi Azərbaycan klublarının azarkeşləri də təşrif buyurublar. Stadionda ümumilikdə 1000-ə yaxın həmyerlimiz “İnter”ə dəstək olur.
Xatırladaq ki,”İnter” qrup mərhələsində keçirdiyi 3 qarşılaşmada 3 qələbə qazanıb. Çempionumuz bu oyunlarda rəqib qapılarına 7 qol vurub, öz qapısında isə qol görməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: