Azərbaycan cüdoçularının Dünya reytinqində mövqeləri açıqlandı
12 Mart 2011 Şənbə 10:51
İJF növbəti reytinq siyahısını açıqlayıb. Azərbaycan cüdoçuları Dünya reytinqində mövqeləri açıqlanıb.
Beynəlxalq Cüdo Federasiyası (IJF) aprel ayında İstanbulda keçiriləcək Avropa çempionatı ərəfəsində növbəti reytinq cədvəlini açıqlayıb. ANS PRESS-in İJF-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan idmançılarından ən yaxşı nəticəni Elxan Məmmədov (90 kq) göstərib. Bakıda keçirilən “World Masters” seriyalı turnirin qızıl mükafatçısı ötən ayla müqayisədə bir pillə geriləyib.
Olimpiya çempionu Elnur Məmmədli (81 kq) isə reytinq siyahısında onuncu yerdə qərarlaşıb. Digər idmançılarımızdan Tərlan Kərimov (66 kq) reytinqdə 18-ci, İlqar Müşkiev (60 kq) 23-cü, Elmar Qasımov (100 kq) 27-ci, Renat Mirzəliyev (73 kq) isə 84-cü pillədədir.
Qadın cüdoçularımızdan isə ən yaxşı nəticəni Kifayət Qasımova (57 kq) göstərir. Xanım idmançımız 20-ci sıradadır. Digər qadın cüdoçumuz Ramilə Usubova (63 kq) isə 23-cü pillədədir.
Xatırladaq ki, hər çəki dərəcəsində 14 cüdoçu 2012-ci ildə keçiriləcək London Olimpiadasına vəsiqə qazanacaq.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: