Azərbaycan - Çexiya 2:0
18 Noyabr 2009 Çərşənbə 19:20
Berti Foqtsun yetirmələri BƏƏ-dəki turnirlə sevinclə vidalaşdılar. Azərbaycan - Çexiya 2:0
Bu gün futbol üzrə millimiz Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində keçirilən beynəlxalq turnirdə ikinci və sonuncu oyununa çıxıb. Üçüncü yer uğrunda Çexiya yığması ilə qarşılaşan Berti Foqtsun yetirmələri 2:0 hesablı ilə qələbə qazanıb.

Komandamızda qələbə qollarına 25-ci dəqiqədə Vaqif Cavadov, 89-cu dəqiqədə isə Ruslan Abışov imza atıb. Bununla da yığmamız BƏƏ-də təşkil olunan 4 komandalıq beynəlxalq turnirdə üçüncü olub.

Qeyd edək ki, FİFA-nın reytinq cədvəlində 15-ci olan Çexiya yığması turnirə ikinci və üçüncü heyətlə qatılmışdı.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar