Azərbaycan çempionu "PSJ" ilə qarşılaşacaq
29 Dekabr 2010 Çərşənbə 16:15
Yoxlama oyunu Türkiyənin Belek bölgəsində baş tutacaq
Bakının “İnter” futbol klubu qış təlim-məşq toplanışını Türkiyənin Belek bölgəsində keçirəcək. ANS PRESS-in kluba istinadən verdiyi məlumata görə, yanvarın 3-də Türkiyəyə yollanacaq "İnter" klubu hazırlıq dövründə üç yoxlama oyunu keçirəcək.
Yanvarın 7-də Fransanın "PSJ" klubunun ikinci heyəti ilə qarşılaşacaq Unibank Premyer Liqasının son qalibi iki gün sonra Türkiyənin "Altay" klubu ilə oyunda qüvvəsini sınayacaq.
"İnter" son yoxlama oyununu yanvarın 11-də Albaniyanın "Skenderbeu" klubuna qarşı keçirəcək.
DOSTLARINLA PAYLAŞ: