Azərbaycan çempionu Ermənistan klubu ilə görüşəcək
18 Yanvar 2011 Çərşənbə Axşamı 17:40
“İnter”in “Birlik Kuboku”nun ¼ final mərhələsindəki rəqibi "Mika" olacaq.
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil edilən ”Birlik Kuboku” yenidən Azərbaycan – Ermənistan qarşıdurması ilə yadda qala bilər. Yarışda iştirak edən Azərbaycan çempionu “İnter” A qrupunda bütün görüşlərini qələbə ilə başa vuraraq qrup lideri kimi 1/4 finala yüksəlib.

1/4 finalda isə çempionumuzun rəqibi B qrupunda ikinci yeri tutmuş Ermənistan “Mika” olacaq. “Mika” son turda Özbəkistan çempionu “Bunedkor”u 2:1 hesabı ilə məğlub edərək “İnter”ə rəqib olub.

“İnter” – “Mika” matçı sabah Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. “İnter” Ermənistan çempionuna qalib gələcəyi təqdirdə yanvarın 21-də yarımfinal görüşünə çıxacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar