Azərbaycan çempionu ermənilərlə görüşdə favoritdir
19 Yanvar 2011 Çərşənbə 10:50
Bukmeker kontorlarında “İnter”in “Mika” üzərində qələbəsi real qiymətləndirilir.
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Birlik Kuboku” turnirində ¼ final mərhələsinin görüşləri baş tutacaq. Son Azərbaycan çempionu “İnter” yarımfinal mərhələsinə vəsiqə qazanmaq üçün Ermənistanın “Mika” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bu görüşdə mütəxəssislər Azərbaycan təmsilçisini favorit sayırlar. Elə Rusiyada fəaliyyət göstərən bukmeker kontorları da “İnter”in qələbəsinə daha çox inanır. Misal üçün qeyd edək ki, “Marafon” bukmeker kontorunda “İnter”in qələbəsi 1,49, “Mika”nın qalibiyyəti 8,30, iki klub arasında heç-heçə nəticəsi isə 3,75 əmsalla dəyərləndirilir.

Xatırladaq ki, “Birlik Kuboku” turnirində Azərbaycan və Ermənistan təmsilçiləri bir dəfə üz-üzə gəliblər. 2005-ci ildə “Neftçi” Ermənistanın “Pünik” klubunu 2:0 hesabı ilə məğlub etmişdi. 2006-cı ildə isə “Pünik” yarımfinal mərhələsində “Neftçi” ilə mübarizə aparmaq hüququ qazansa da qarşılaşmaya çıxmaqdan imtina etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar