Azərbaycan çempionu ciddi islahatlara əl atdı
07 İyul 2013 Bazar 18:47
“Araz” dörd oyunçusu ilə yollarını ayırıb.
Futzal üzrə Azərbaycan çempionu “Araz” dörd oyunçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, onların hər üçü yerli oyunçulardı.
Belə ki, “Araz” kapitanı Vitali Borisov, Rizvan Fərzəliyev, Namiq Məmmədkərimov və Rəcəb Fərəczadə ilə vidalaşıb. Maşado Nilson və Jadder Dantasla da müqavilələrin müddəti başa çatıb. Böyük ehtimalla onlarla da müqavilə imzalanmayacaq.
Qeyd edək ki, “Araz” rəhbərliyi belə köklü dəyişikliklərə Azərbaycan Kubokunun “Fənərbağça” ilə final oyunundakı məğlubiyyətdən sonra qərar verib.
Böyük ehtimalla futzal azarkeşləri “Araz”ı yeni mövsümdə tam yeni heyətlə görəcəklər. Azərbaycan çempionu UEFA Kubokuna qədər tam yeni komanda formalaşdırmaq istəyir.
DOSTLARINLA PAYLAŞ: