Azərbaycan çempionu Braziliya təmsilçisinə uduzdu
16 Oktyabr 2012 Çərşənbə Axşamı 10:50
Rabitə Klublar arası Dünya Çempionatına uğursuz start verdi.
Qətərin Doha şəhərində Voleybol üzrə (Qadınlar) Klublar arası Dünya Çempionatında ölkəmizi təmsil edən “Rabitə” voleybol klubu ilk oyununu keçirdi. Braziliya təmsilçisi olan “Sollis Nestle” komandası ilə qarşılaşan komandamlız ilk hissədə 25-22 hesabı ilə qalib gəldi.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təəsüflər olsun bu qələbə görüşdə komandamızın qalib gəldiyi ilk və son set oldu. Ardıcıl 3 hissədə (25-22, 25-19, 25-20) hesabı ilə qalib gələn Braziliya klubu görüşü 3-1 hesabı ilə qalib başa vurdu. “A” qrupunda mübarizə aparan Rabitəçilər bu gün (16/10/2012) Çin təmsilçisi “Bohai Bank W” komandası ilə qarşılaşacaq.
15.10.2012-ci il tarixində “B” qrupunda Türkiyə təmsilçisi “Fənərbaxça” və Puerto-Rika təmsilçisi “Lançeras de Katano” klubları qarşılaşdı. Rəqibindən üstün olan "Fənərbaxça" klubu görüşü 3-0 (25-17, 25-17, 25-13) hesabı ilə qalib gəldi.
15.10.2012
“Rabitə” (Azərbaycan) - “Sollis Nestle” (Braziliya) - 1:3 (25:22, 20:25, 19:25, 20:25)
“Fənərbaxça” (Türkiyə) - “Lançeras de Katano” (Puerto-Rika) - 3:0 (25:17; 25:17; 25:13)
16.10.2012
Rabita Baku (AZE) – Bohai Bank W. (CHN)
Fenerbahce Istanbul (TUR) – Kenya Prisons (KEN)
A qrupu
1.SON Sollys Nestle (BRA) - 6 xal
2.BAK Rabita Baku (AZE) - 0 xal
3.BOH Bohai Bank Tianjin (CHN) – 0 xal
B qrupu
1.FEN Fenerbahce SK Istanbul (TUR) – 3 xal
2.LAN Lancheras de Catano (PUR) - 3 xal
3.KEP Kenya Prisons (KEN) – 0 xal
DOSTLARINLA PAYLAŞ: