Azərbaycan çempionu Bakıda büdrədi
13 İyul 2010 Çərşənbə Axşamı 23:10
"İnter" Polşanın "Lex" klubuna minimal hesabla məğlub olub.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Bakının «İnter» və Polşanın «Lex» klubları arasında Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu keçirilib. Bütün səylərə baxmayaraq futbolçularımız güclü rəqibin qarşısında tab gətirə bilməyib. Oyunda yeganə qolu 46-cı dəqiqədə A.Vixnyarek vurub.

Bununla da Azərbaycan çempionu işini xeyli çətinləşdirib. Belə ki, cavab qarşılaşmasında “İnter” qol buraxmamaq şərti ilə rəqibin qapısına minimum bir qol vurmalıdır ki, matçın taleyi əlavə vaxtda, yaxud da oyunsonrası penaltilərdə həll olunsun. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar