Azərbaycan çempionatında sensasiya
05 Dekabr 2010 Bazar 20:30
Son dövrlər dirçəlişdə olan "Bakı" gözlənilməz yenilgiylə üzləşib
Bu gün futbol üzrə Azərbaycan çempionatında 16-cı turun oyunlarına yekun vurulub. Son oyun günündə cəmi 2 qarşılaşma baş tutub. Günün ilk matçında "Gəncə" doğma meydanda "Muğan"ı qəbul edib və qələbə qazanıb. Turun qapanış oyununda isə son dövrlər dirçəlişdə olan "Bakı" autsayder "Simurq"u sınağa çəkib və gözlənilməz yenilgiylə üzləşib.

Premyer Liqa
16-cı tur
5 dekabr (bazar)

"Bakı" – "Simurq" 0:1
Qol: Samir Əliyev, 7.

"Gəncə" – "Muğan" 3:0
Qollar: Sabir Allahquliyev, 6 (1:0), Şahin Kərimov, 9 (2:0), Junivan Suares, 55 (3:0).



DOSTLARINLA PAYLAŞ:

oyunlar