Azərbaycan çempionatında ikinci oyun günü yekunlaşdı
22 Dekabr 2011 Cümə Axşamı 11:36
Oyunda 52, 56, 60, 64, 75, 91 və 91+kq çəki dərəcələrində mübarizə aparan idmançılar rinqə çıxıb.
Bakı İdman Sarayında boks üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatına görə, yarışın ikinci günündə 52, 56, 60, 64, 75, 91 və 91+kq çəki dərəcələrində mübarizə aparan idmançılar rinqə çıxıb. 56 kq çəki dərəcəsinin əsas favoritlərindən olan Rəhim Nəcəfov ilk döyüşünü qələbə ilə başa vurub. O, Sumqayıt nümayəndəsi Tahir Allahverdizadəni 17:5 hesabı ilə məğlub edib. 64 kq çəki dərəcəsində qələbəyə namizədlərdən olan Elnur Əliyev, Elnur Zeynalov və Mehdi Mehdiyev növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, Elnur Əliyev “Təhsil” İdman Mərkəzinin üzvü Rauf Həmidovu minimal üstünlüklə məğlub edib – 18:17. Mehdi Mehdiyev “Turan” klubunun nümayəndəsi Anar Hüseynovu 11:4 hesabı ilə üstələyib. Elnur Zeynalov isə Şəmkir boksçusu Amil Cəfərovu üstələyib.

52 kq

Kamran Məlikov (Rabitə) 13:4 Elçin Nəsibov (Mingəçəvir).
Əfsun Həsənov (DİN İC) 13:6 Mehdi Seyidov (Biləsuvar).
Əbdürrəhman Şirinov (Rabitə) 9:16 Kamran Orucov (Qızıl Əlcək).

56 kq

Rəhim Nəcəfov (Rabitə) 17:5 Tahir Allahverdizadə (Sumqayıt).
Raul Əşrəfov (Məhsul) – Fazil Atamalıyev (DİN İC) tam üstünlüklə Atamalıyev qalib gəlib.
Pərviz Salmanov (Lokomotiv) 4:17 Elvin Mirzəbəyli (DİN İC).

60 kq

İman Əhmədli (Gömrükçü) 11:5 Fərid Abdullayev (Təhsil)
Ravid Paşayev (Qusar) – Yalçın Əzimli (Biləsuvar) tam üstünlüklə Paşayev qalib gəlib
Süleyman Mustafayev (Sərhədçi) 23:2 Hikmət Əliyev (Şəki)
Taleh İsayev (MOİK) 4:10 Fərid Mansurov (Neftçi)

64 kq

Natiq Feyruzi (Gəncə) 5:4 Mehdi Səfiyarlı (Zenit).
Mehdi Mehdiyev (Neftçi) 11:4 Anar Hüseynov (Turan).
Nurlan Məmmədov (Rabitə) – Məhəmməd Nəsirov (Qızıl Əlcək) tam üstünlüklə Məmmədov qalib gəlib.
Rasim Mərdanov (İnter) – Elyaz Orucov (Neftçi) Orucov diskvalifikasiya olunub.
Elnur Əliyev (Rabitə) 18:17 Rauf Həmidov (Təhsil).
Rüfət Həşimov (Rabitə) – Şahin Əliyev (Şirvan) Həşimov zədələndiyindən döyüşü davam etdirə bilməyib.
Ruslan Qasımov (Neftçi) 19:5 Nurlan Həsənov (Sərhədçi).
Amil Cəfərov (Şemkir) – Elnur Zeynalov (Rabitə) tam üstünlüklə Zeynalov qalib gəlib.

75 kq

İsmət Quliyev (Şirvan) 5:17 Orxan Salmanov (Neftçi).
Sarvan Əliyev (Naçıvan) – Hacı Seyidbəyov (Hacıqabul) tam üstünlüklə Əliyev qalib gəlib.
Araz Pirməmmədov (Zenit) 18:4 Tural Əsgərov (Gəncə).
Vüsal Cabbarov (Sərhədçi) – Anar Cəfərov (Şəki) tam üstünlüklə Cabbarov qalib gəlib.
Maksim Xəlilov (Turan) 9:13 Sənan Rzayev (Rabitə).

91 kq

Sərxan Cabbarov (Neftçi) 8:8 Ziyalət Məmmədov (Təhsil) qələbə Məmmədova verilib.
Mahid Uzdenov (Qusar) – Abdulla İbrahimli (Mingəçevir) tam üstünlüklə Uzdenov qalib gəlib.
Sadiq Qasımov (Naxçıvan) – Fəqan Ömərov (Neftçi) tam üstünlüklə Ömərov qalib gəlib.
Cavid Eyyubov (Zaqatala) – Teymur Əsgərov (Qızıl Əlcək) Eyyubov döyüşə çıxmayıb.
Kamran Mehdiyev (Rabitə) – Vüqar Hüseynov (Gəncə) Hüseynov zədələndiyindən döyüş dayandırılıb.
Anar Məmmədov (Siyəzən) – Aydın Məmmədov (Quba) tam üstünlüklə Anar Məmmədov qalib gəlib.

91+kq

Zəfər Cəfərov (Cəlilabad) – İbrahim Məmmədov (Neftçi) tam üstünlüklə Cəfərov qalib gəlib.
Fərid Şabanov (Rabitə) 20:5 Nəbi İsmayılov (Sumqayıt).
Zamiq Atakişiyev (Naxçıvan) – Emil Əliyev (Rabitə) tam üstünlüklə Atakişiyev qalib gəlib.
İlqar Allahverdiyev (Sərhədçi) 9:11 Elçin İsmayılov (Neftçi).
Maqsud Maqsudov (Siyəzən) – Ağalar Saıqzadə (Neftçi) tam üstünlüklə Maqsudov qalib gəlib.
Fərid İbrahimli (Naxçıvan) – Cabbar Cabbarov (Biləsuvar) tam üstünlüklə İbrahimli qalib gəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar