Azərbaycan çempionatında antirekord!
05 May 2013 Bazar 21:29
“Turan” – AZAL matçına 30 azarkeş gəlib.
Topaz Premyer Liqada ikinci “altılığ”ın oyunlarına maraq günbəgün azalır. Qol.Az-ın məlumatına görə, bu həftə baş tutan 29-cu turun matçları arasında xüsusilə “Turan” – AZAL qarşılaşması tribunada azarkeşlərin az olması ilə də diqqət çəkib. Matçın protokuluna əsasən, “Dalğa Arena”da baş tutan həmin görüşü cəmi 30 azarkeş izləyib.
Qeyd edək ki, 27-ci turun “Kəpəz” – “Turan” görüşünə də eyni sayda azarkeş gəlmişdi: 30 nəfər.
Ümumilikdə isə 29-cu turda ən çox azarkeş “Qarabağ” – “Neftçi” oyununda qeydə alınıb: 3000. “Sumqayıt” – “Rəvan” matçında tribuna 150, “İnter” – “Bakı” qarşılaşmasında 650, “Xəzər Lənkəran” – “Kəpəz” oyununda 2700, “Simurq” – “Qəbələ” görüşündə isə 1000 olub.
DOSTLARINLA PAYLAŞ: