Azərbaycan çempionatında 17-ci tura yekun vurulub
27 Fevral 2010 Şənbə 22:55
Bu gün keçirilmiş 3 futzal oyununda 17 qol vurulub
Futzal üzrə Azərbaycan çempionatında 17-ci tura yekun vurulub. 17-ci tur çərçivəsində keçirilmiş 3 oyunda qapılara ümumilikdə 17 qol vurulub. Ötən turlarda isə bu sayda qola 1 matçda təsadüf etmək olardı.

Bu gün keçirilmiş ilk oyunda “Ekol” “Qarabağı” 5-1 hesabı ilə məğlub edib. “Araz” – “Sumqayıt” görüşü də tərəflərin qarşılıqlı hücumları şəraitində keçib. Amma daha təcrübəli və güclü olan Naxçıvan təmsilçisi rəqibin qapısına 5 dəfə yol tapıb. Sumqayıtlılar isə buraxılmış qollardan yalnız birinin əvəzini çıxa bilib. 5-1.

Günün son oyununda isə “Neftçi” və “AzMetko” komandaları üz-üzə gəlib. Burda isə “Neftçi” futzalçıları quru hesablı qələbə əldə edib. 5-0. Futzal üzrə Azərbaycan çempionatının 18-ci turunun görüşləri mart ayının 5-də keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar