Azərbaycan budoçuları 4 qızıl medal qazanıblar
30 İyul 2011 Şənbə 22:37
Türkiyənin Konya şəhərində budo döyüş növlərinin K-1 versiyası üzrə beynəlxalq turnirdə ölkəmiz uğurla çıxış edib.
Türkiyənin Konya şəhərində budo döyüş növlərinin K-1 versiyası üzrə beynəlxalq turnirdə Azərbaycan yığması uğurla çıxış edib. Azərbaycan Budo Döyüş Növləri Federasiyasından (ABDNF) verilən məlumata görə, qızların yarışında Məhsəti Həmzəyeva (48 kq), gənclər arasında Aqşin Qəhrəmanov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

18 yaşdan yuxarı idmançıların yarışında isə Fəxrəddin İsgəndərov (57 kq) və Royal Abdullayev (86 kq) turnirin qalibi adını qazanıblar.

Turnirdə yığma komandamız ABDNF-in prezidenti Faiq Rəfiyevin rəhbərliyi altında mübarizə aparıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar