Mayın 5-dən 10-dək Polşada boks üzrə beynəlxalq turnir keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan bu yarışda 11 boksçu ilə təmsil olunacaq. Məşqçi Ş.Əlimzanovun başçılığı altında səfərə yollanacaq heyətdə aşağıdakı idmançılar yer alıb:
Elvin Məmişzadə (48 kq), Nihad Seyidov (51 kq), Fərid Mansurov (54 kq), Elvin Əliyev (57 kq), Heybətulla Hacıəliyev (60 kq), Sərvan Əliyev (64 kq), Murad Ağamalıyev (69 kq), Emin Əhmədov (75 kq), Tərlan Abdullayev (81 kq), Vətən Hüseynli (91 kq), Fərid Paşayevin (+91). /ANS PRESS/