Azərbaycan boksçuları beynəlxalq turnirin qalibi oldu
06 May 2009 Çərşənbə 09:00
Azərbaycan boksçuları Heydər Əliyevin xatirəsinə həsr olunmuş 7-ci beynəlxalq boks turnirində 5 qızıl, 7 gümüş və 10 bürünc medal qazanaraq komanda hesabında birinci olublar

 

Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş 7-ci beynəlxalq boks turniri başa çatıb. Xatirə turnirinin ən güclü boksçuları 13 çəki dərəcəsində keçirilmiş final döyüşlərindən sonra məlum olub. Azərbaycan boksçuları 8 çəkidə qızıl medallar uğrunda mübarizə aparıblar. Boksçularımızdan Salman Əlizadə, Salman İbrahimov, Novruzəli Əliyev, Teymur Məmmədov və Hacıbaba Hacıbalayev turnirin qızıl medallarını qazanılar. Ümumi hesabda 5 qızıl, 7 gümüş və 10 bürünc medal qazanan komandamız xatirə turnirini birinci yerdə bitirib. Rusiya komandası ikinci, Özbəkistan boksçuları isə üçüncü yeri tutub. Xatırladaq ki, ötən il keçirilən boks turnirində Azərbaycan boksçuları 6 qızıl, 3 gümüş və 12 bürünc medal qazanmışdı. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar