Azərbaycan birinci, Ermənistan sonuncu oldu
18 Avqust 2010 Çərşənbə 23:15
Güləş yığmamız bütün ölkələri qabaqlayıb.
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycanın güləş yığması bütün ölkələri qabaqlayıb. Yığma komandamız 4 qızıl və 1 gümüş medal qazanıb.
Qeyd edək ki, sərbəst güləşçilərimiz - Nicat Rəhimov və Əli Maqomedbağırov, Yunan-Roma güləşçilərimiz - Murad Bazarov və Elman Muxtarov, həmçinin qadın güləşçimiz Patimat Baqomedova qızıl medala sahib çıxıb. Başqa bir sərbəst güləşçimiz - Kənan Quliyev isə gümüş medal qazanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: