Azərbaycan Beynəlxalq Bankının mənfəəti 16,7 faiz artıb
25 İyul 2012 Çərşənbə 16:38
Azərbaycan Beynəlxalq Bankın gəlirləri 5 faiz artaraq 179 milyon manat təşkil edib.
Azərbaycan Beynəlxalq Bankının 2012-ci ilin I yarımilliyi üzrə mənfəəti illik müqayisədə 16,7 faiz artaraq 16,82 milyon manata çatıb. Bu barədə ANS PRESS-ə bankın mətbuat xidmətindən bildirilib.
Bankın gəlirləri ötən ilin I yarımilliyinə nisbətən 5 faiz artaraq 179 milyon manat təşkil edib.
Bankın aktivlərinin gəlirlik əmsalı (ROA) 0,34 faiz, kapitalın gəlirlik əmsalı isə 3,9 faizə bərabər olub. Bu göstəricilər 2011-ci ilin I yarımilliyində müvafiq olaraq 0,11 faiz və 1,24 faiz olub.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2 faizi dövlətə, 49,8 faizi isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.
DOSTLARINLA PAYLAŞ: