Azərbaycan Belçikanın ümidlərini alt-üst etdi
03 Sentyabr 2011 Şənbə 12:00
“Azərbaycan Belçikanın ümidlərini alt-üst etdi”.
APA-nın məlumatına görə, UEFA-nın internet saytı 2012-ci il futbol üzrə Avropa çempionatının seçmə oyunları çərçivəsində ötən gün keçirilən Azərbaycan-Belçika görüşü barədə məqaləyə belə bir başlıq seçib. Tofiq Bəhramov stadionundakı mübarizəni geniş şərh edən UEFA saytı belçikalıların oyun zamanı bir neçə yaxşı fürsəti əldən verdiklərini və sonda Azərbaycan millisinin futbolçusu Rauf Əliyev tərəfindən cəzalandırıldığını qeyd edir.
Yazıda Belçika yığmasının Bakıda Avropa çempionatına vəsiqə qazanmaq baxımından həyati əhəmiyyət daşıyan iki xal itirdiyi vurğulanır: “Bu isə o anlama gəlir ki, Belçika indi artıq ikinci yerdə qərarlaşmış Türkiyədən bir xal geriyə düşüb və türklərin bir oyunu hələ ehtiyatdadır”.
Oyun zamanı Azərbaycan millisinin oyunçularından Vaqif Cavadaov və Kamran Ağayevin yaxşı oyun nümayiş etdirdiklərini qeyd edən UEFA saytı azərbaycanlı futbolçuların son dəqiqəyə kimi əzmlə mübarizə apardıqlarını vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: