Azərbaycan-Bəhreyn matçının biletləri neçəyədir?
25 İyul 2012 Çərşənbə 15:42
Azərbaycan-Bəhreyn yoldaşlıq oyununa biletlər sabahdan satışa çıxarılacaq.
Avqustun 15-də, saat 21:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək Azərbaycan-Bəhreyn yoldaşlıq oyununun biletləri iyulun 26-dan etibarən satışa çıxarılacaq.

ANS PRESS-in AFFA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, biletləri Park Bulvar Alış-Veriş Mərkəzində və Metro Park Ticarət və Əyləncə Mərkəzində fəaliyyət göstərəcək satış nöqtələrində əldə etmək ümkün olacaq.

"Dalğa Arena"nın kasslarında biletlər oyun günü satılacaq.

Biletlərin qiyməti aşağıdakı kimidir:

VIP - 20 manat
1-ci kateqoriya - 5 manat
2-ci kateqoriya - 3 manat
3-cü kateqoriya - 1 manat


DOSTLARINLA PAYLAŞ:

oyunlar