Azərbaycan bankı Dünya Çempionatının rəsmi sponsoru olacaq
06 Yanvar 2012 Cümə 16:49
“Xalq Bank” futbol üzrə FİFA U-17 qadınlararası Dünya Çempionatının milli sponsoru seçilib.
“Xalq Bank” FİFA ilə imzalanmış sazişə əsasən 2012-ci ilin əsas idman hadisələrindən biri olacaq futbol üzrə FİFA U-17 qadınlararası Dünya Çempionatının (FIFA U-17 Women's World Cup Azerbaijan 2012) milli sponsoru seçilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dünya çempionatı 2012-ci il 22 sentyabr-13 oktyabr tarixləri arasında Azərbaycanda keçiriləcək.
Sponsorluq “Xalq Bank”ın Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birgə tədbirlər kompleksinin və əhali arasında çempionat haqda məlumatların yayılması istiqamətində aksiyaların keçirilməsini nəzərdə tutur. Azərbaycan tarixində ilk dəfə futbol üzrə Dünya çempionatına ev sahibliyi etmək hüququ qazanıb. Çempionat ərzində stadionlara yarım milyonadək tamaşaçının gələcəyi gözlənilir. Azərbaycan yığması da daxil olmaqla dünyanın 16 ən güclü milli yığma komandalarının qatılacağı tədbir 125-dən artıq ölkəyə yayımlanacaq.
Bu “Xalq Bank”ın belə mötəbər idman turnirlərində sponsor qismində ilk iştirakı deyil, xatırladaq ki, “Xalq Bank” 2008-ci il Futbol üzrə Avropa Çempionatının yayımının sponsoru olub.
Qeyd edək ki, yarandığı gündən “Xalq Bank” həm respublika, həm də beynəlxalq səviyyəli idman tədbirlərinə dəstək verməkdədir. İdmana aktiv dəstək, “Xalq Bank”ın fəaliyyətində əsaslandığı sosial məsuliyyət prinsiplərinə uyğundur.
DOSTLARINLA PAYLAŞ: