Azərbaycan - Avstriya oyununun biletləri satışa çıxarılıb
24 Sentyabr 2011 Şənbə 18:51
Azərbaycan - Avstriya oyununun biletləri satışa çıxarılıb. Biletlərin sektorlar üzrə qiymətləri 2-6 manat arasında dəyişir.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də, saat 21:00-da, “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Avstriya oyununun biletləri satışa çıxarılıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından ANS PRESS-ə verilən məlumata görə, biletləri “Park Bulvar” Alış-Veriş Mərkəzinin I və IV mərtəbəsindəki satış nöqtələrində, Mərdəkan qəsəbəsində, “Abşeron” sanatoriyasının arxasındakı “Topaz” məntəqəsində, metronun “İçəri Şəhər” və “Elmlər Akademiyası” stansiyalarında, həmçinin AFFA-nın inzibati binasının qarşısındakı Fan-shop-da almaq mümkündür.

Biletlərin sektorlar üzrə qiymətləri 2-6 manat arasında dəyişir. VİP sektora isə biletlərin qiyməti 10 manat təşkil edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar