Azərbaycan – Avstriya matçının biletləri satışa çıxarıldı
20 Sentyabr 2011 Çərşənbə Axşamı 11:59
Qiymətlər 2, 4, 6 və 10 manat məbləğ arasında dəyişir
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Avstriya oyununun biletləri satışa çıxarılıb. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, biletləri Park Bulvar Alış-Veriş Mərkəzinin I və IV mərtəbəsindəki satış nöqtələrindən, Mərdəkan qəsəbəsində, “Abşeron” sanatoriyasının arxasındakı Topaz məntəqəsində və AFFA-nın inzibati binasının qarşısındakı Fan-shop-dan almaq mümkündür.

Qeyd edək ki, biletlərin qiyməti sektorlara görə 2, 4, 6, və 10 manat məbləğ arasında dəyişir. Xatırladaq ki, Azərbaycan – Avstriya oyunu oktyabrın 7-də saat 21:00-da start götürəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar