Azərbaycan atleti olimpiya çempionunu üstələyib
19 Avqust 2009 Çərşənbə 11:10
Azərbaycan atleti Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən dünya çempionatının yarımfinalına yüksəlib.
 Apasport.az saytının məlumatına görə, 19 yaşlı həmvətənimiz 200 metrlik məsafəyə qaçışda planetin 16 ən yaxşı atleti arasına düşməyi bacarıb.

O, 1/4 finalda bu məsafəni 20,40 saniyəyə qaçaraq, yarımqrupda ikinci yeri tutub. Reqlamentə əsasən, hərəsində 8 atlet olmaqla, 4 yarımqrupun ilk 3 pilləsində qərarlaşan, eləcə də ən yaxşı nəticə göstərən 4 idmançı növbəti mərhələyə yüksəlirdi. Quliyev startda zəif təsir bağışlamasına baxmayaraq, finişə doğru 6 rəqibini üstələyərək, yarımfinala vəsiqəyə sahib çıxıb. O, 1/4 finalda hətta dünya atletikasının canlı əfsanəsi, olimpiya çempionu, yamaykalı Useyn Boltu da qabaqlayıb. Digər yarımqrupda qüvvəsini sınayan Bolt 200 metrəni Ramildən 0,01 saniyə gec, yəni, 20,41 saniyəyə qət edib.

Ramil Quliyev bu gün Bakı vaxtı ilə saat 22:33-də yarımfinalda çıxış edəcək. Finala hər yarımqrupdan 4 atlet vəsiqə əldə edəcək.
 
Apasport


DOSTLARINLA PAYLAŞ:

oyunlar