Azərbaycan atleti 3 min metri beşinci qaçdı
31 İyul 2010 Şənbə 22:05
Daha bir idmançımız 5 min metr məsafədə yarışacaq.
İspaniyanın Barselona şəhərində keçirilən yüngül atletika üzrə Avropa çempionatında daha bir idmançımız çıxışını başa vurub.

Qadınların 3000 məsafəyə qaçmaq yarışında finalın favoritləri arasında Azərbaycan təmsilçisi Layeş Abdullayevanın da adı göstərilirdi. Çünki, finala qədər ən yaxşı göstərici məhz Layeşə məxsus olub. Lakin final qaçışına 7-ci cığırda başlayan idmançımız mükafatçılar sırasına düşə bilməyib.

Baxmayaraq ki, o öz göstəricisini bir qədər də yaxşılaşdırıb. 9 dəqiqə 34,75 saniyəlik nəticə ilə özünə aid Azərbaycan rekordunu təzələyən Layeş Abdullayeva finiş xəttini yalnız 5-ci keçə bilib. Bu növdə Avropa çempionu adını rusiyalı Yuliya Zarudneva qazanıb. Müqayisə üçün deyək ki, rusiyalı atlet 3000 metr məsafəni 9 dəqiqə 17,57 saniyəyə qət edib.

Bu gün daha bir idmançımız Avropa çempionatının medalına iddia edəcək. Kişilərin 5000 metr məsafəyə qaçışında Hayle İbrahimov mükafatçılar sırasına düşməyə çalışacaq. Qeyd edək ki, Hayle də favoritlər arasında göstərilir. Çünki, o da Layeş kimi təsnifat mərhəlsində hamıdan yaxşı nəticə göstərib. Hayle İbarhimov finalda 10-cu cığırdan start xəttinə çıxacaq. Daha bir idmançımız marafon yarışlarında mübarizə aparmış Qeşain Səfərov da ümidləri doğrultmayıb. O, 42 idmançı arasında 32-ci yeri tutub. Xatırladaq ki, İspaniyanın Barselona şəhərində keçirilən Avropa çempionatında Azərbaycan 5 idmançı ilə təmsil olunur. Ümimilikdə isə yarışda 50 ölkədən 1370 atlet qələbəyə iddialıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar