Azərbaycan-Andorra matçını hansı ölkədən olan hakim idarə edəcək?
25 May 2012 Cümə 12:40
Qarşılaşmada ədaləti almaniyalı hakimlər qoruyacaq.
Almaniayda baş tutacaq Azərbaycan-Andorra yoldaşlıq matçını idarə edəcək hakimlər briqadası məlum olub. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, may ayının 30-da keçiriləcək oyunu Michael Weiner (Almaniya) idarə edəcək. Bu qarşılaşmada ona Holger Henschel, Christoph Bornhorstdur (hər ikisi – Almaniya) kömək edəcək. .
Qarşılaşmanın dördüncü hakimi isə Laurent Kopriwadır (Lüksemburq). Xatırxladaq ki, Azərbaycan-Andorra matçı mayın 30-da Almaniyanın Frankfurt şəhərindəki "Viktoria Kelsterbach" stadionunda oynanılacaq.
DOSTLARINLA PAYLAŞ: